Liviyada koalisiya və Qəddafi qoşunları arasında davam edən münaqişə dünya bazarlarında neftin bahalaşmasına səbəb olub. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 1,34 dollar artaraq, 118,70 dollara çatıb.
Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neft 1,22 dollar bahalaşıb. Belə ki, "qara qızıl"ın qiyməti 107,94 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB