Daxili işlər naziri Xaçmaz şəhərində vətəndaşlarla görüşüb

Daxili işlər naziri Xaçmaz şəhərində vətəndaşlarla görüşüb

Xəbər verildiyi kimi, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir. Bu qəbildən növbəti belə tədbir martın 26-da Xaçmaz şəhərində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, həmin gün rayon polis şöbəsində Xaçmaz, Quba, Siyəzən, Qusar, Şabran və Xızı rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləmiş, onların operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Qəbul edilən 14 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll olunub. General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə