Əli Əhmədov: “Azərbaycanda mənzilə ehtiyacı olan ailələrin mənzil tələbatının ödənilməsi istiqamətində çox ciddi işlər görülür”

Əli Əhmədov: “Azərbaycanda mənzilə ehtiyacı olan ailələrin mənzil tələbatının ödənilməsi istiqamətində çox ciddi işlər görülür”
"Azərbaycanda mənzilə ehtiyacı olan ailələrin mənzil tələbatının ödənilməsi istiqamətində çox ciddi işlər görülür". SİA-nın məlumatına görə, bunu sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı Azərbaycan vətəndaşlarına mənzillərin verilməsi təklifinin Milli Məclisdə qəbul olunması məsələsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

O qeyd edib ki, bu təklifin arxasında duran əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan belə bir layihəni həyata keçirsin. "Mənim təklifimdə də həmin səsləndirdiyim məqsədlər reallaşmış olsun. Bununla yanaşı, bu işi həll etmək həmçinin işsizliyin aradan qaldırılması istiqamətində bir addım ola bilər. Hesab edirəm ki, bu təklifimə diqqətlə yanaşılacaq".

Azərbaycan hökumətinin ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox geniş işlər gördüyünü deyən icra katibi: "Onu da xüsusi qeyd edim ki, prezidentin birbaşa təşəbbüsü ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində çox genişmiqyaslı tədbirlər həyata keçirilir. Hesab edirəm ki, bu işlərin davamlı şəkildə icrasına bundan sonra da diqqət yetiriləcək",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə