Qəddafinin oğlundan yeni təhdidlər

Qəddafinin oğlundan yeni təhdidlər

Liviya prezidenti Müammər Qəddafinin oğlu Seyf Əl İslam Qəddafi müxalifəti çökdürmək üçün böyül bir hərbi hərəkata hazırlaşdıqlarını açıqlayıb.

SİA-nın məlumatına görə, Qəddafinin oğlu "Reuters" agentliyinə verdiyi açıqlamada müxalifətə müzakirə üçün verdikləri iki həftənin tamamlandığını xatırladaraq qurtuluş üçün hərəkətə keçmək zamanının gəldiyini söyləyib.

Liviya üçün vuruşmaqdan əl çəkməyəcəklərini vurğulayan Seyf Əl İslam Qəddafi Binqazi istisna olmaqla ölkənin hər yerinə nəzarət etdiklərini bildirib.

Qəddafinin oğlu İngiltərə və Fransanın Binqazidəki üsyançılarla təmaslarının Liviyanın təbii sərvətlərini ələ keçirmə niyyətindən irəli gəldiyini iddia edib.

Seyf Əl İslam Liviya xalqının NATO və ABŞ-ı xoş qarşılamadığını, Səudiyyə Ərəbistanı ilə "Əl Cəzirə" və "Əl Ərəbiyyə" televiziyalarının Liviyaya qarşı mövqeyinin də qəbuledilməz olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə