Avropa Parlamenti Türkiyə hesabatını qəbul etdi

Avropa Parlamenti Türkiyə hesabatını qəbul etdi

Avropa Parlamentində mətbuat azadlığı mövzusunda Türkiyəyə istiqamətli sərt tənqidləri özündə əks etdirən hesabat qəbul olunub. SİA-nın "Ankara" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hesabatın müzakirəsi zamanı başlıca olaraq Türkiyədə mətbuat azadlığı və Kipr probleminə toxunulub.

 

Hesabatda liberalların təklifi ilə Avropa Birliyinə ortaq xarici siyasət və təhlükəsizlik siyasəti bölmələrində Türkiyə ilə müzakirələri başlamaq çağırışı olunub. Liberalların bir başqa qisminin təklifi ilə əhalinin əksəriyyəti müsəlman, dünyəvi bir demokratiya sahib olan Türkiyənin ərəb dünyasında nüfuzunun olduğu əsas gətirilərək Orta Şərq və Şimali Afrikanın demokratikləşməsində AB və Türkiyəyə səylərini artırmağa güclü çağırışı edilib.

 

Səsvermədə Kipr və Yunanıstan millət vəkillərinin 1915-ci il hadisələrini əks etdirən erməni iddialarının tanınması təklifi böyük fərqlə rədd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə