"Dərslərə gəlməsinlər" Universitet rektoru

“Hraparak” qəzeti yazır ki, Yerevan dövlət universiteti çalxalanır. Belə ki, rektor vəzifəsini icra edən Geqam Gevokyan öz yanına dekanları çağıraraq, onları təlimatlandırıb. “Tələbələrin dərsə davamiyyətləri elə də önəmli deyil, hətta gəlməyə də bilərlər, ancaq elə edin ki, onlar bizim ali təhsil müəssisəmiz adından mitinqlərdə iştirak etməsinlər”, deyə o bildirib.

Nəşr onu da yazıb ki, Gevorkyan hətta daha açıq danışaraq deyib ki, o milli dəyərlərə qarşı deyil. “Bəli, mübarizə aparmaq lazımdır, ancaq bizim universitetimizdən “yuxarılara” rəqəmlər çatmalı deyil. Məgər nə zamansa mən universitetin qapısını bağlayarkən bilmirdim kimlər qarşısında həmin qapıları bağlayıram?”, deyə rektor vəzifəsini icra edən bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə