Ermənistanın dövlət borcu yeddi milyard dolları keçəcək. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin birinci müavini Karen Brutyan deyib.
Onun sözlərinə görə, ilin sonuna qədər Ermənistanın dövlət borcunun 6,94 milyard dollara çatacağı gözlənilir.
Məlumatda qeyd olunur ki, rəsmi statistikaya görə, 2019-cu ilin avqust ayının sonunda Ermənistanın ümumi dövlət borcu 6,973 milyard dollar təşkil edib. Bu borc da təbii ki, armaqdadır və Ermənistanın borcu ilin sonuna yeddi milyardı aşacaq.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB