"Qoşulmama Hərəkatının" Bakıda keçirilən XVIII zirvə görüşündə yekun sənədə ilk dəfə olaraq mühüm bənd daxil edilib. SİA-nın verdiyi xəbərə görə, bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıb və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər daxil olmaqla, bu cür vəziyyətin saxlanılması üçün hər hansı kömək göstərməyəcəkdir.
Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunuması Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı ölkə kimi tanınması deməkdir.
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB