YAP-ın “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatında görüş keçirilib
YAP Xəzər rayon təşkilatının “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatının sədri Ənvər Həzərxanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Rauf Əliyev və partiya üzvləri iştirak ediblər.
Görüşdə çıxış edən “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatının sədri Ənvər Həzərxanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Rauf Əliyev və partiya üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Kulubunda çıxışı zamanı səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyənatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə Ermənistanın iç üzünü ifşa edən çıxışının böyük əhəmiyyət daşıdığını bildiriblər.
İlk partiya təşkilatının sədri Ənvər Həzərxanov öz çıxışında partiya təşkilatının yaranmasından və fəaliyyətindən danışdı. Daha sonra ilk partiya təşkilatının sədri Ənvər Həzərxanov cənab prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağrışının Qarabağ məsələsində Azərbaycanın qəti mövqeyini bir daha bütün dünyaya nümayiş etdirib.
Millət vəkili Rauf Əliyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağrışı Azərbaycan xalqının milli ruhunu və iradəsini daha da yüksəltdi. Cənab Prezidentin “Qarabağ Azərbaycandır” mesajı Ermənistana, Bütün dünyaya və Azərbaycan cəmiyyətinə ünvanlanıb.
Millət vəkili bildirib ki, Cənab Ptezidentin Aşqabaddakı çıxışında Ermənistan höküməti və dövlətinin apardığı təhlükəli- faşizm ideyalarını dəsdəkləyən siyasəti ifşa edilib.
Daha sonra Rauf Əlyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş, qətiyyətli siyasəti nəticəsində Azərbaycan artıq diplomatik cəbhədə Ermənistanı, onun rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub. Həyata keçirilən belə siyasət torpaqlarımızın işğaldan azad olunacaq günü daha da yaxınlaşdırır.
Tədbirin sonunda fəal partya üzvlərinə Fəxri Fərmanlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB