Orucəli Hacıyev Saatlı və Sabirabad rayonlarında təbii fəlakət vaxtı ziyan çəkmiş sakinlərlə görüşüb
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Saatlının Yeni-Novruzlu, Sabirabadın isə Qasımbəyli, Muradbəyli, Yuxarı-Axtaçı kəndlərinin sakinləri ilə görüşüb. SİA-nın Aran bürosunun xəbərinə görə, nazir müavini təbii fəlakət vaxtı ziyan çəkmiş sakinləri dinləyərək onların problemlərinin həll olunması üçün müvafiq tədbirlər görüləcəyini bildirib.
O.Hacıyev sakinləri bu həftənin IV gününə qədər kompensasiyalarını ödəniləcəyinidə qeyd edib. Xüsusi vurğulayıb ki, sakinlərin problemlərinin həlli ölkə başçısı İlham Əliyevin nəzarətindədir. Sakinlər öz növbələrində bəzi ölkə mətbuatına onlardan siyasi məqsədlər üçün istifadə olunmasına təssüfləndiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB