“Jamanak”: “Araik Arutunyanın qarşısını almağa çalışıalr”

"Artsaxda" "prezident" Bako Saakyanın simasında (dırnaqlar bizimdir-R.) fəaliyyət göstərən "siyasi elita" yeni koalisiya yaratmaq məqsədindədir. SİA xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" nəşri yazır.

Qəzet qeyd edir ki, bu koalisiya 2020-ci ilin "parlament seçkilərində" prezidentliyə bir "prezident" və bir "deputatlığa namizədlər siyahısı" təqdim edəcək.

"Koalisiyaya "Parlamenti spikeri", "Artsax Demokratik Partiyasından" Aşot Qulyan, "Daşnaksyutun erməni inqilab federasiyası", rəhbərləri Bako Saakyan və David Babayan olan "Artsax Konservativlər partiyası" və "hakimiyyət" dəstəyi ilə yaradılmış daha bir neçə "partiya" daxil ola bilər", adıçəkilən qəzet yazır.
Eyni zamanda bildirilir ki, bu koalisiyada "prezidentliyə" yeganə "namizəd" kimi "xarici işlər naziri" Masis Mailyanın adı hallanır. "Onun namizədliyini keçmiş və hazırkı güclər dəstəkləyir, o cümlədən Vitali Balasanyan da", deyə "Jamanak" qeyd edir və onu da yazır ki, burada məqsəd "artsaxlıların", eləcə də Ermənistan hakimiyyətinin dəstəklədiyi Araik Arutunyanın qələbəsinin qarşısını almaqdan ibarətdir.

Bundan əlavə, qeyd olunur ki, həmin güclər Arutunyanın öz xoşu ilə namizədliyindən imtina etməsinə, eləcə də Masis Milyana dəstək göstərməsinə çalışırlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə