Prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin birinci müavinini qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Steynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Ceyms Steynberq ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ştatların dövlət katibinə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə