Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Samux rayonunda fəaliyyət göstərən sahibkarlara 400 min manatdan artıq kerdit verilib. Ayrılan vəsaitlər iş adamlarının təklif etdiyi 34 layihənin icrasına yönəlib. Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, rayonda qeyri-dövlət sektorunun çəkisi artaraq ümumi məhsul buraxılışının 89,5 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb. Hazırda Samuxa istər yerli, istərsə də xarici sahibkarların cəlb olunması istiqamətində işlər aparılır.
Bildirək ki, təkcə son bir ildə rayona Koreya və Almaniyadan iş adamları gələrək Samuxun çoğrafi mövqeyi, iqtisadi və turizm potensialı haqqında geniş məlumat əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB