Daha 40 nəfər həlak oldu LİVİYADA

Daha 40 nəfər həlak oldu LİVİYADA

Liviyanın paytaxtı Tripoli ətrafındakı miqrantların saxlanılması mərkəzinə edilən hava hücumu zamanı ən azı 40 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəsinə istinadən məlumat yayıb. Bununla yanaşı, 80 nəfərin də yaralandığı bildirilir.

"Agense Rranse Presse” isə xəbər verir ki, hava hücumunu həyata keçirən tərəf feldmarşal Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusudur.

Qeyd edək ki, hazırda Liviyada beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Barışıq Hökuməti və ölkənin şərqinə Abdulla Abdurrəhman ət-Taninin rəhbərlik etdiyi müvəqqəti nazirlər kabineti, həmçinin Liviya Milli Ordusu tərəfindən dəstəklənən seçilmiş parlament fəaliyyət göstərir

Həftər bu ilin 4 aprel tarixindən başlayaraq, Tripoliyə hücuma başladığını bəyan etmişdi. Məlumata görə, hərbi əməliyyatların başlandığı tarixdən hazırkı günə qədər 750 nəfər ölüb, 4,4 min nəfərdən artıq insan isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə