“Azərbaycanın güclü ordusu var. Biz qarşımızda bir yox, iki ordunun olmasının fərgindəyik. Bizim Apreldə cəmi 4-5 saat ərzində əraziləri işğaldan azad edən ordumuz var. Az qaldı...”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqindədir: “2018 ci ilin "Global Firepower" təşkilatının yaydığı hesabatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 53-ci yerdə qərarlaşıb. Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər. Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-ci pillədə qərarlaşıb.
"Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinqi hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.
Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün "Global Firepower Index"in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB