Ermənistan və Azərbaycan rəhbərləri arasında bir sıra danışıqlardan sonra yaranan nisbi sakitlik Qarabağdakı təmas xəttində yeni gərginlik və qarşıdurmalarla əvəzlənə bilər. SİA xəbər verir ki, bu barədə Ermənistan mətbuatında ardıcıl olaraq məlumatlar, fikirlər yayımlanır. Məsələn, rusarminfo.ru saytında qeyd olunur ki, rəsmi Bakı daha çox aqressiv ritorikaya, hərbi təhdidlərə üstünlük verir.
Sözügedən saytda xüsusilə vurğulanır ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov yeni müharibə bəyanatları ilə çıxış edir və onun sözlərinə görə Azərbaycan ordusu müharibəyə tam hazırdır və buna görə də istənilən anda müharibəni başlaya bilər.
Saytda o da qeyd olunur ki, “müharibəyə hazırlıq” təkcə sözlərlə, ifadələrlə bitmir. Ölkədə müxtəlif təyinatlı hərbi qüvvələrin və ağır texnikanın iştirakı ilə bir neçə genişmiqyaslı hazırlıqlar keçirilib. Bu hazırlıqlar Ermənistyanda etiraz aksiyalarının fonunda keçirilib, hansı ki, bu da Zakir Həsənova "rəsmi Bakı Ermənistandakı daxili çəkişmələrdən istifadə istifadə edə bilər", ehyamı vurmağa şərait yaradıb.
Erməni mətbuatının ənənəsinə uyqun olaraq rusarminfo.ru saytı da daxili auditoriyanı sakitləşdirməyə yönələn informasiyalara daha çox üstünlük verir və qeyd edir ki, müharibəyə hazırlıqla yanaşı tərəflərin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində danışıqlar davam etdirilir. Sözügedən saytda qeyd olunur ki, hər iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Vaşinqtonda keçiriləcək. Hətta erməni nazir Zohrab Mnasakanyan danışıqların konkret nəticələrinin tezliklə ictimaiyyətə çatdırılacağını, bəyan ediləcəyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB