Mübariz Əhmədoğlu: "Ölkələrimiz arasında münasibətlərin gərginləşməsi İran Mədəniyyət Mərkəzinin fəaliyyətinin nəticəsidir"
"İranın Azərbaycan da daxil olmaqla normal münasibətdə olduğu qonşusu yoxdur. İran hamıya bu və ya digər şəkildə sataşır". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran və Azərbaycan arasında olan münasibətlər İranın regional siyasətində həlledici məqamdır. Onun sözlərinə görə, İran Azərbaycanı özünə düşmən bilsə də, Azərbaycan İranı özünə düşmən bilmir: "Hətta rəsmi Bakı Tehranla bağlı heç bir mövqe bildirmir. Biz İranı deyil, İran bizi qıcıqlandırır. Biz buna cavab verməliyik. Cavab verməklə biz həm İranın daxilində olan rejimə etiraz edən qüvvələri özümüzə çəkə bilərik, həm də dünya görər ki, Azərbaycan ona qarşı çıxanlarla mübarizə aparır. İran hesab edir ki, o güclüdür. Lakin o bilməlidir ki, ondan da güclü ölkələr var. Biz İranın bizə qarşı etdiklərinə lazımi qiymət versək, hər şey öz yolunu tapacaq".
Daha sonra İranın ölkəmizdə Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayan politoloq bildirib ki, həmin strukturun fəaliyyətinin nəticəsidir ki, iki ölkə arasında münasibətlər daha da gərginləşir. M. Əhmədoğlu vurğulayıb ki, İran Azərbaycan arasında olan siyasi münasibətlərdə dini norma gözlənilir.
"Əgər İran hər şeyi Quranla ölçürsə, o zaman özü niyə əməl etmir? Onların cəza sistemi hansı ayə üzərində qurulub? Hicabı əllərində saxlayıb gözümüzə soxurlar. Bəs, o zaman niyə özləri Qurana əməl etmirlər? Quranda yazılıb ki, xristianla dostluq edənin özü də xristiandır. İran erməni ilə dostluq edirsə, demək o özü də ermənidir. İranın istənilən naziri Ermənistanla dostluq əlaqələri olduğunu etiraf edir. Belə çıxır ki, Quranın ayəsini özləri pozurlar".
İranın ölkəmizə qarşı yürütdüyü siyasətin özünə qarşı yönələcəyini dilə gətirən politoloqun fikrincə, biz İrana qarşı mübarizə aparmalıyıq. O bildirib ki, İran bizi Azərbaycana qarşı bir daha etiraz etməyəcəyinə əmin etməlidir.
Onun sözlərinə görə, əgər İran bunu əmin etməsə ya onların Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzi köçürülməli, ya da Diasporla İş üzrə Dövlət Komitəsi Tehranda azərbaycanlıların Mədəniyyət Mərkəzinin açılmasını tələb etməlidir: "İrana qarşı ciddi güc nümayiş etdirməliyik. Onlara qarşı mübarizə aparmaq üçün Azərbaycanın resursu var. İran ölkəmizlə bağlı siyasətə götür-qoy etməlidir. Təzyiq prosesini dayandırmalı, bir daha təkrar olunmayacağına bizi əmin etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB