Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə USAİD-in əməkdaşı Cerald F. Himən ilə görüşüb.
Partiyadan SİA-ya verilən xəbərə görə, görüş zamanı Ümid Partiyası ilə USAİD arasında əməkdaşlıq məsələləri, yaxın 3 il ərzində Ümid Partiyasının həyata keçirəcəyi planlar və ölkənin demokratikləşdiriməsi yolunda nəzərdə tutulmuş proqramlar, 2010-cu il parlament seçkilərindən sonra Ümid Partiyasının həyata keçirdiyi siyasət müzakirə olunub.
Görüş zamanı həmçinin USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələr və həyata keçirilməsi nəzərdə tutulan planlar haqında müzakirələr aparılıb. Eyni zamanda ölkədə siyasi proseslər, Azərbaycanın demokratik cəmiyyətə inteqrasiyası məsələlərinə də toxunulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB