İqbal Ağazadə USAİD-in əməkdaşı Cerald F. Himən ilə görüşüb

3 Fevral 2011 02:31 (UTC+04:00)

Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə USAİD-in əməkdaşı Cerald F. Himən ilə görüşüb.

Partiyadan SİA-ya verilən xəbərə görə, görüş zamanı Ümid Partiyası ilə USAİD arasında əməkdaşlıq məsələləri, yaxın 3 il ərzində Ümid Partiyasının həyata keçirəcəyi planlar və ölkənin demokratikləşdiriməsi yolunda nəzərdə tutulmuş proqramlar, 2010-cu il parlament seçkilərindən sonra Ümid Partiyasının həyata keçirdiyi siyasət müzakirə olunub.

Görüş zamanı həmçinin USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələr və həyata keçirilməsi nəzərdə tutulan planlar haqında müzakirələr aparılıb. Eyni zamanda ölkədə siyasi proseslər, Azərbaycanın demokratik cəmiyyətə inteqrasiyası məsələlərinə də toxunulub.