Sergey Lavrov: “Münaqişələrin nizamlanmasında ümumi prinsiplərin razılaşdırılması vacibdir” - MÜNASİBƏT

"ATƏT-ə üzv olan ölkələrdəki münaqişələrin nizamlanmasının ümumi prinsiplərinin razılaşdırılması vacibdir. SİA-nın rus mətbuatına istinadən veridyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT sədri, Litvanın XİN rəhbəri Audronyus Ajubalislə Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, tərəflərin mövqelərini nəzərə almaqla münaqişələrin dinc yolla həllinin zəruriliyini hesaba almaq lazımdır: "Münaqişə zonasındakı əhali üçün humanitar problemlərin yaradılmasına yol vermək olmaz".

 

O, qeyd edib ki, hər bir münaqişə özünə xas xüsusiyyətlərə malikdir. Nazir eyni zamanda görüş zamanı müzakirə olunan məsələlərə də toxunub: "Biz bu gün Rusiya Federasiyasının həm milli keyfiyyətdə, həm də ATƏT-in Minsk qrupu çərçivəsində mühüm rol oynadığı Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə