Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması sahəsində imzalanan saziş təsdiqləndi

Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması sahəsində imzalanan saziş təsdiqləndi
Milli Məclis "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiq edib. SİA-nın verdiyi xəbərə görə, layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, sazişə əsasən tərəflər mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradacaq. Onun sözlərinə görə, işçi qrupun tərkibi, iş qaydası və vəzifələri tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, sazişdə tərəflərin əməkdaşlıq formaları, fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi sahəsində məlumat mübadiləsi aparması, təcrübə mübadiləsinin təşkili, kadr hazırlığı sahəsində mübadilə, qarşılıqlı yardımların göstərilməsi və digər məsələlər öz əksini tapıb.
Sonda layihə səsə qoyularaq təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə