"Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər". SİA xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.
YAP rəsmisi vurğulayıb ki, hər il əhalinin müxtəlif təbəqələri üçün dövlət tərəfindən pulsuz formada dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir”, deyə qeyd edən Əli Əhmədov həmçinin bildirib ki, həmin siyahı əsasında dərmanlar istifadəçilərə çatdırılır: “Əgər kiminsə adı həmin siyahıda yoxdursa bu artıq ayrı məsələdir".
Onun sözlərinə görə, həmin şəxsin siyahıya salınması üçün əsasları və xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır: "Konkret faktlar varsa, kiməsə dərman çatmayıbsa bunu ayrıca araşdırmaq lazımdır. Bütövlükdə Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır. Bu vəsait də ünvanlı xərclənir, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur".
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB