"BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" PANEL SESSİYA

"BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" PANEL SESSİYA

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel sessiyalar davam edir. SİA-nın xəbərinə görə, "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" mövzusunda keçirilən paneldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış Sülh Universitetinin rektoru Fransisko Rojas Aravena və digərləri iştirak edir.

Səfir və Cenevrədəki BMT Ofisi və digər beynəlxalq təşkilatlar yanında Sülh Universitetinin daimi müşahidəçisi David Fernandez Puyananın moderatorluğu ilə keçirilən sessiyada bildirilib ki, bu gün dünyada baş verən narazılıq və çətinliklər, dialoqların gücləndirilməsi müzakirə olunacaq. Moderator söyləyib ki, Azərbaycan bu istiqamətdə səylərini ortaya qoymaqdadır.

Sessiyada ilk çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, sülh naminə təsisatları toxunanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir: "Dünya sürətlə dəyişir. 90-ci illərin əvvəllərində BMT- də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətinə üstünlük verib. Sülh quruculuğu ilə bağlı BMT tərəfindən çox işlər görülüb. Azərbaycan BMT-nin qeyri-daimi üzvü seçilib. Azərbaycan bu üzvlüyü qazandıqdan sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlayıb". Daha sonra çıxış edən YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif bildirib ki, sülhün təşviqi icra olunmalıdır.

Onun sözlərinə görə, təhsil almaq, mədəni müxtəliflik kimi azadlıqlardan bəhrələnməliyik: "Bakı prosesi proses sinerji rolunu oynayır. Sülh quruculuğu, müdafiəsi müntəzəm sərmayə tələb edir. Biz tərəfdaşlıqları daha yaxşı anlamalıyıq. Sülh konsepsiyasına üstünlük verməliyik. Biz qlobal vətəndaşlığına necə bir araya gələrək müzakirə etməyi düşünməli, çoxtərəfliliyə böyük ehtiyacımız var".

Sülh naminə İnstitutunun nümayəndəsi Fransisko Rojas Aravena tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirərək söyləyib ki, multikulturalizm gündəlik reallığımızın əsasını təşkil edir: "Biz bu yaxınlarda 40 ikimizi qeyd etdik. Sülh naminə ali təhsil ocağı olaraq insanlar arasında tolerantlıığı təbliğ edir, sülhə mane olanlara qarşı tədbir görürük. 41 ölkə bu xartitaya üzv olub. Biz anlaşma memorandumumuzu Azərbaycanla yeniləmişik. Yeni strateji münasibətlərə önəm verir, çoxtərəflilik sisteminə üstünlük veririk. Saxta xəbərlər, qlobal böhranlar dərinləşir. Sülh olmadan heç zaman hüquqlar təmin edilə bilməz. Sülh olmadan nə inkişaf, nə də çiçəklənmə ola bilməz".

Panel sessiya müzakirələr əsasında davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə