"Biz bilirik ki, dünyada bir çox çətinlik və problemlər var. Bunlar həm ətraf mühit həm multikulturalizm məsələlərinə qədərə uzanır ki, bunun öhdəsindən gəlməyimiz vacibdir". SİA-nın xəbərinə görə, bu fikirlər BMT-nin baş katibi Antonio Guterreşin VII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.
O bildirib ki, BMT hər gün həm humanitar, həm də sülhün davamlılığı istiqamətində çalışır: "Ətraf mühitlə bağlı narahatlığımızı bildiririk. İqlim dəyişikliyi ilə bağlı müəyyən problemlər var. Regional, ictimai təşkilatlarla əməkdaşlığımız vacibdir. Bizim üçün bu dialoqu dəstəkləmək çox xoşdur. Forumun fəaliyyətinə dəstəyimi bildirirəm".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB