Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Energetika, qarşılıqlı investisiyaların qoyuluşu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması önəminin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyi qeyd olunub.
Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın və geniş imkanların olduğu vurğulanan görüşdə bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB