Bu gün Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı Ağcabədi rayonu Taxta Körpü ərazisində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib. Partiya fəallarının iştirakı ilə qəsəbə ərazisindəki "Şəhidlərin Xatirə Kompleksi" ziyarət olunub, abidə önünə tər qərənfillər düzülərək, xatirələri ehtiramla yad edilibdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında davam etdirilib. Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı şəhid olan bütün soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etdikdən sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salaraq, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilən qanlı cinayət olduğunu bildirib. İ.İlyasov vurğulayıb ki, bu dəhşətli faciənin hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlanılıb, bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən bu missiya uğurla davam etdirilərək, faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunmaqdadır. Bu faciənin beynəlxalq aləmdə ictimailəşməsində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərindən bəhs edən İ.İlyasov, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyətini, xüsusilə, vurğulayıb.
Tədbirdə digər çıxış edənlər də Xocalı soyqırımının heç zaman yadaşlardan silinməyəcəyini, bu hadisələrin bir daha təkrarlanmaması üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, hər bir ailədə, xüsusilə, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsini vurğulayaraq, hər bir azərbaycanlı vətəndaşının narahat şəhid ruhları qarşısında borclu olmaqla hər an mübarizəyə hazır olduqlarını qeyd ediblər.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB