"İkram Rəhimov tək deyil, onun ətrafında olan adamlar da var" ÖZƏL-RƏY
"Biz dəfələrlə çıxışlarımızda demişik və yazılarımızda da yazmışıq ki, bu adamların məsələsi jurnalistika hadisəsi deyil. Reket jurnalist İkram Rəhimov və onun kimilər bir qayda olaraq jurnalistikadan sui-istifadə ilə məşğul olan dələduzlardır. Yəni o adamların məqsədi jurnalistikaya xidmət etmək deyil". Bunu SİA-ya açıqlamasında İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, onlar sadəcə olaraq başqa insanları şantaj etmək, qorxutmaq, hədələmək yolu ilə özlərinə var-dövlət əldə etmək üçün bu yola baş vuranlardır: "Təbiidir ki, biz onları özümüzdən biri hesab etmirik. Ona görə də həmin adamlar həbs olunanda və yaxud onlarla bağlı hansısa addım atılanda biz deyirik ki, bu məsələni jurnalistika müstəvisində dəyərləndirmək doğru deyil. Onlar bir dələduz dəstəsidir və dələduzluqla məşğuldur. Təbiidir ki, dövlətin müvafiq strukturları həmin adamlara qarşı çox sərt tədbirlər görməlidir. İndi Dövlət Təhlükəsizlik Xidmətinin də İkram Rəhimovla bağlı atdığı addımlar da o qəbildəndir. Biz düşünürük ki, dövlətimiz jurnalistikadan sui-istifadə edənlərə qarşı mümkün qədər sərt addımlar atmalıdır ki, Azərbaycanda jurnalistin, jurnalistikanın hörməti yüksək səviyyədə qorunub saxlana bilsin. Ona görə ki, jurnalistin, jurnalistikanın hörməti yüksək səviyyədə olmazsa, onun yazdığına, təqdim etdiyinə də ictimaiyyət arasında inam olmaz. Belə bir şəraitdə isə Azərbaycan xüsusən də müharibə şəraitində olan bir ölkə kimi çox ciddi problemlərlə üzləşə bilər. Yəni jurnalistikamıza soxulmuş təsadüfi adamların təmizlənməsi prosesi davam etdirilməlidir. İkram tək deyil, onun ətrafında olan adamlar da var. Düşünürəm ki, DTX bununla bağlı da tədbir görməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB