Politoloq: "Türkiyə regionda gedən proseslərə daha güclü təsir imkanlarına malik olacaq"- AÇIQLAMA

Politoloq: "Türkiyə regionda gedən proseslərə daha güclü təsir imkanlarına malik olacaq"- AÇIQLAMA
"Ümumiyyətlə, Türkiyə həmişə Qafqazda gedən proseslərə çox böyük həssaslıqla yanaşan bir dövlət olub. Onun xüsusən də Cənubi Qafqazda ciddi maraqları olub". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu Türkiyənin dövlət naziri Egemen Bağışın ölkəsinin regiondakı proseslərə baxışının dəyişiləcəyi və bundan sonra Türkiyənin proseslərə nəzarət edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, qardaş ölkə bu günə qədər cərəyan edən proseslərdə izləyici mövqeyində idisə, artıq onun imkanları genişləndiyindən regionda baş verən proseslərə yaxından müdaxilə etmək imkanlarını ortaya qoyacaq. Onun sözlərinə görə, bu istək, arzu Türkiyədə hər zaman olub.

"Demək Türkiyə özündə belə bir gücü hiss edib ki, bu cür bəyanatla çıxış edir. Gözləmək olar ki, Türkiyə regionda gedən proseslərə daha güclü təsir imkanlarına malik olacaq. Düşünürəm ki, belə bir şərait yaranarsa Türkiyənin Azərbaycanla analoji mövqelərdə çıxış etməsi üçün bir zəmin yaranar. Hesab edirəm ki, Türkiyənin regionda gedən proseslərə müdaxilə etməsi və ya nəzəratdə saxlayacağını bəyan etməsi qardaş ölkənin yeni ildəki arzularını ifadə etmək məqsədi daşıyır. Digər tərəfdən də bu bəyanat Azərbaycanın tək olmadığını bildirmək xarakterinə malikdir. Belə olan təqdirdə regiondakı proseslərdə Azərbaycanın atacağı addımlarda Türkiyə tərəfindən dəstək müşahidə oluncaq. Hesab edirəm ki, bu cür addımları atmaq üçün Türkiyənin imkanları mövcuddur. Qardaş ölkə bunun öhdəsindən gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə