ABŞ Rusiyanı Tehrana təsir etməyə çağırır

ABŞ Rusiyanı Tehrana təsir etməyə çağırır

“ABŞ İranın Suriyadan qüvvələrini geri çəkməsi üçün Rusiyanı öz nüfuzundan istifadə edərək Dəməşq və Tehrana təsir etməyə çağırır”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffrey deyib.

"Biz Rusiya istisna olmaqla bütün xarici qüvvələrin Suriya üzərindən çəkilməsi və 2011-ci ilin vəziyyətinə qayıtmasını nəzərdə tutan fərman çərçivəsində Rusiyaya çağırış edərək bütün qüvvələrin Suriya üzərindən çəkilməsini təmin etmək üçün, Rusiyanı bütün təsirlərini Suriya hökumətinə və İrana tətbiq etməyə çağırırıq”,- deyə nümayəndə deyib.

Onun sözlərinə görə, Vaşinqton bunu məqbul addım hesab edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə