ABŞ-ın Sülh Korpusunun könüllüsü QHT-nin regional ofisində çalışacaq

ABŞ-ın Sülh Korpusunun könüllüsü QHT-nin regional ofisində çalışacaq

Bu gündən etibarən ABŞ-ın Sülh Korpusunun könüllüsü xanım Crystal Kelley Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir ofisində fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, Könüllünün Mərkəzin regional ofisində fəaliyyətə başlamasının əsas məqsədi gənclərdə ictimai işlərə maraq oyatmaq, istedadlı gənclərin üzə çıxarılmasına kömək etmək və birgə sosial layihələr gerçəkləşdirməkdir.

2 il müddətinə Mingəçevir şəhərində fəaliyyət göstərəcək könüllü Mərkəzin ofisi vasitəsilə müxtəlif təlim və kurslar, görüşlər və sərgilər, müsabiqə və yarışlar təşkil edəcək, sosial layihələr hazırlayacaq və idarə edəcək.

Qeyd edək ki, Crystal Kelley Mərkəzin ofisində Sülh Korpusundan olan sayca 3-cü könüllüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə