ABŞ səfiri Lavrovun bəyanatını tənqid etdi

ABŞ səfiri Lavrovun bəyanatını tənqid etdi

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı son bəyanatını şərh edib. SİA erməni KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin “Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi?” sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib. Bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Ermənistandakı 2008-ci ilin 1 mart hadisələri qanunun aliliyi nəzərə alınaraq obyektiv və detallı şəkildə araşdırılmalıdır.” – deyə, Mills vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə