Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür — 54 yaşı tamam olur.
Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan – İrs" jurnalını təsis edib.
2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib.
Ailəlidir, iki qızı, bir oğlu var.
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri (13 avqust 2004-cü il), Azərbaycanda "İlin qadını" (2005-ci il),
"Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni (9 iyun 2005-ci il),
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı" mükafatı,
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı (2006-cı ilin mart ayı),
ISESCO-nun xoşməramlı səfiri (23 noyabr 2006-cı il), Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatı (29 yanvar 2007-ci il),
"Qızıl ürək" beynəlxalq mükafatı (2007-ci ilin may ayı), Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (5 may 2009-cu il), Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni (14 sentyabr 2009-cu il),
Fransa Respublikasının "Şərəf Legionu" ordeni (15 fevral 2010-cu il), UNESCO-nun "Qızıl Motsart" medalı (30 iyul 2010-cu il), Krans Montana Forumunun Qızıl medalı (24 iyun 2011-ci il),
Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru (13 aprel 2012-ci il), MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatı (13 aprel 2012-ci il), Krans Montana Forumunun "Prix de la Fondation" mükafatı (29 iyun 2012-ci il), Azərbaycan Kazaklar İttifaqının ali "Kazak şöhrəti" ("Kazatskaya slava") mükafatı (2012-ci il), Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013" mükafatı (27 dekabr 2013-cü il), Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatı (2014-cü ilin may ayı), "The Business Year" jurnalının "İlin Birinci Xanımı" mükafatı (2014-cü ilin may ayı),
Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı (2014-cü ilin iyun ayı), Rusiya Federasiyasının Həştərxan vilayətinin "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni (2014-cü ilin avqust ayı), Küveyt Dövlətinin Fəxri diplomu (2014-cü ilin avqust ayı), Azərbaycanda "Heydər Əliyev" ordeni 29 iyun 2015-ci il,Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni. 26 dekabr 2017-ci il,
İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni - (18 iyul 2018) ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB