Əli Abbasov: "Gələcək 10 ildə informasiya texnologiyalarının tətbiqi nəticəsində təbiətə dəyən ziyanın təxminən 2 dəfə artacağı proqnozlaşdırılır"
"Azərbaycanda son zamanlar ekoloji problemlərin həllinə çox diqqət yetirilir". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir onu da bildirib ki, "SMART-2020" layihəsi çərçivəsində bir sıra mövcud problemlər öz həllini tapacaq: "Bir sıra mütəxəssislər, siyasətçilər çalışırlar ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqinin səmərəliliyini artırmaqla ətraf mühitə dəyən ziyanı aradan qaldırsınlar. Nəticədə, ətraf mühitə dəyən ziyanın təxminən 15 faizinin azalması nəzərdə tutulur. Hətta elektron zibilləmə nəticəsində vurulan ziyanın aradan qaldırılması üçün 34 ölkənin birgə fəaliyyəti məsələsi də gündəlikdə var. Azərbaycan da bu assosiasiyanın üzvüdür. Gələcək 10 ildə informasiya texnologiyalarının tətbiqi nəticəsində təbiətə dəyən ziyanın təxminən 2 dəfə artacağı proqnozlaşdırılır. "SMART-2020" layihəsinin əsas hədəfi də ümumi zərərin 15 fazi azaldılmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB