Separatçı qurumun əsgərləri bir-birini güllələyib

Separatçı qurumun əsgərləri bir-birini güllələyib

Separatçı Dağlıq Qarabağın erməni hərbi birləşməsində insident baş verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağın cənub-qərbində, cəbhə bölgəsində yerləşmiş hərbi hissələrdən birində atışma olub. İlkin məlumatlara görə, əsgər avtomatla iki əsgəri və bir zabiti güllələyib, 3 nəfəri yaralayıb.

 

Ermənistan müdafiə nazirliyi baş vermiş hadisənın təfərrüatları barəsində heç bir məlumat açıqlamayıb. Eyni zamanda Xankəndindəki separatçı rejim olayla bağlı heç bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə