ABŞ Əfqanıstana M 1 Abram növlü tanklar göndərəcək

ABŞ Əfqanıstana M 1 Abram növlü tanklar göndərəcək

Birləşmiş Ştatlar 9 il öncə Əfqanıstan müharibəsi başlanandan bəri talibana qarşı döyüşmək üçün ilk dəfə olaraq oraya M 1 Abram növlü tanklar göndərəcək. SİA-nın "voanews.com"a istinadən verdiyi xəbərə görə, Amerika hərbçiləri bildiriblər ki, bu tanklardan Helmend vilayəti də daxil olmaqla, Əfqanıstanın cənub bölgəsində istifadə olunacaq.

Helmend vilayətində ABŞ qüvvələri ilə üsyançılar arasında güclü döyüşlər gedir. Çəkisi 70 ton olan bu tanklar quru qüvvələrin əməliyyat imkanlarını artıraraq, uzaq məsafədəki hədəfləri daha sürətlə və dəqiq şəkildə vuracaq.

Tanklar həmçinin daha ağır zərbələr endirə biləcək texniki üstünlüklərə malikdir ki, onların dəstəyi ilə hərbi qüvvələr üsyançıların gizləndiyi ərazilərin dərinliklərində əməliyyatlar apara biləcəklər. Hərbi mütəxəssislər M 1 tanklarının hədəfi daha yaxşı aşkar etmək və daha üstün manevr etmək qabiliyyətinə malik olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə