Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində "Yay təcrübəsi proqramı"nın iştirakçısı olan tələbələr arasında aparılan inşa müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunma mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasını daim diqqət mərkəzində saxlayır.
Şirkətin Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqqətov keçirilən inşa müsabiqəsinin məqsədi haqda tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, inşa müsabiqəsi gələcək mühəndislərin yazılı nitq bacarıqlarının müəyyən olunması, onlara öz fikirlərini sərbəst ifadə etmək vərdişinin aşılanması və təkmilləşdirilməsi məqsədi daşıyıb. Mərasimdə bildirilib ki, proqramda iştirak edən 124 tələbə müsabiqəyə qoşulub, onlardan ADNA-nın Neft və qaz yataqlarının işlənməsi fakültəsinin bakalavr pilləsi üzrə III kurs tələbələri Elvin Hacıyev və Orxan Sadıqlı, həmin ali təhsil ocağının Kimya texnologiya fakültəsinin magistratura pilləsi üzrə I kurs tələbəsi Vüsalə Məmmədovanın hazırladıqları inşalar yazı üslubuna, təsvir vasitələrinə görə digərlərindən seçiliblər.
Sonda müsabiqənin qaliblərinə xatirə hədiyyələri və mükafatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB