ABŞ İranı ittiham etdi və cavab aldı QARŞIDURMA

ABŞ İranı ittiham etdi və cavab aldı QARŞIDURMA

İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi ABŞ-ın dövlət katibi Maykl Pompeonun ölkəsinin Yaxın Şərqdəki vəziyyəti destabilizə fəaliyyəti ilə bağlı irəli sürdüyü ittihamlarını rədd edib. SİA xəbər verir ki, sözügedən bəyanat İranın xarici siyasət qurumunun saytında yerləşdirilib. “ABŞ dövlət katibinin İran İslam Respubliklasının regionun bəzi ölkələrdəki rolu və fəaliyyəti barədə dedikləri əsassız ittihamların təkrarıdır”-deyə qeyd edən Qasemi əlavə edib ki, İranın ona qonşu olan iki ölkə ərazisindəki fəaliyyəti bu ölkələrin legitim hökumətlərinin xahişi əsasında həyata keçirilir və sadəcə konsultativ məqsəd daşımaqdadır. “Bu dəstək regionda terrorçuluğa qarşı mübarizəyə doğru istiqamətlənib və o vaxta qədər davam edəcək ki, bu ölkələrə həmin yardıma ehtiyacları olsun”.

Xatırladaq ki, ötən gün Pompeo bəyan etmişdi ki, Tehran regiondakı vəziyyəti destabilizə edir. Elə həmin gün Amerika diplomatiyasının rəhbəri İranın Yaxın Şərqdəki ambisiyalarından narahat olduğunu da bəyan etmişdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə