Səkinə Aştiyani ilə bağlı son qərar verilməyib

Səkinə Aştiyani ilə bağlı son qərar verilməyib

İran rejiminin azərbaycanlı Səkinə Məhəmmədi Aştiyaninin zina ittihamı ilə daşqalaq edilməklə edam cəzası beynəlxalq ictimaiyyətin təzyiqləri altında təxirə salınmışdı. Lakin bu yaxınlarda onun yenidən edam ediləcəyinə dair məlumat beynəlxalq ictimaiyyətin narahatlıqlarının yenidən baş qaldırmasına səbəb olub.

SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Britaniyanın xarici işlər naziri Uilliam Hague deyib ki, vəhşilik əlaməti olan daşqalaq hökmü İranı dünyanın gözündən sala bilər. Kanadanın birinci xanımı Maurin Harper Səkinənin işini mənəviyyat və insan ləyaqətinə təhqir adlandırıb.

Fransanın xarici işlər nazirliyinin veb səhifəsində xarici işlər naziri Bernard Kuşner iranlı həmkarı Monuçehr Mottəkiyə zəng edərək,bu qərarın onu dəhşətə gətirdiyini bildirib. Cənab Mottəki isə bu xəbərin həqiqətə uyğun olmadığını və İran rəhbərliyinin Aştiyani ilə bağlı son qərarını vermədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə