Səbaillilərin seçimi birmənalı olaraq cənab İlham Əliyevdir FOTOLAR - VİDEO
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Səbail rayonunda uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun elm və təhsil işçiləri ilə görüş keçirib.
Görüşdə Səbail rayon seçki qərargahının təbliğat qrupunun üzvləri – Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Qərb Universitetinin Birinci prorektoru dos. Zenfira Məmmədova, rayonun ali və orta təhsil müəssisələrinin əməkdaşları, məktəb direktorları, müəllimlər, tələbələr, Səbail rayon sakinləri, partiya veteranları, gənclər iştirak etdilər.
Seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Qərb Universitetinin Birinci prorektoru dos. Zenfira Məmmədova, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, 7 №-li məktəbin müəllimi Kəmalə Məmmədova, partiyanın gənc fəalı, Qərb Universitetinin tələbəsi Yadigar Nağıyev və digər seçicilər ölkəmizdə, əhali və seçicilər arasında mövcud olan yüksək seçki əhval-ruhiyyəsi, paytaxt Bakıda, Azərbaycanın regionlarında, o cümlədən Səbail rayonunda aparılan geniş təbliğat-təşviqat kampaniyası, bu çərçivədə seçicilərlə, rayon sakinləri ilə keçirilən çoxsaylı görüşlərdə seçicilər arasında nəzərə çarpan böyük ruh yüksəkliyi, fəallıq və Yeni Azərbaycan Partiyasının vahid namizədi, ölkə başçısı cənab İlham Əliyevə olan ümumxalq məhəbbəti və dəstəyi haqqında danışaraq, qeyd etdilər ki, bütün bu görüşlərdə apardığımız müşahidələr göstərir ki, Azərbaycan cəmiyyətində cənab İlham Əliyevlə müqayisə olunabiləcək ikinci namizəd yoxdur. Azərbaycan bu gün dünyada nadir ölkələrdəndir ki, cəmiyyətdə bu dərəcədə sıx və sarsılmaz xalq-iqtidar birliyi mövcud olsun.
Bu həmrəylik və birlik möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində xalqımızın milli mənafelərinə xidmət edən ölkədaxili və xarici siyasəti, ölkəmizdə həyata keçirilən sistemli və çoxşaxəli iqtisadi və sosial islahatlar, ölkəmizdə səhiyyə, təhsil, elm, rabitə, nəqliyyat sahələrinə göstərilən yüksək diqqət və qayğı, regionlarımızın, paytaxt Bakının sosial infrastrukturunun yenidən qurulması – çoxsaylı xəstəxanaların, təhsil müəssisələrinin təmir olunması, yenilərinin tikilməsi, Azərbaycan universitetlərinin maddi-texniki bazasının mərkəzi Avropa ölkələri səviyyəsinə yüksəlməsi, cəmiyyət həyatının bütün sahələrində əldə olunan inqilabi dəyişikliklər və nailiyyətlər, xüsusilə ölkə başçısının ötən dövr ərzindəki əməli fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olmasını sübut etməsi və hər bir vətəndaşımızın Prezidentimizə olan sonsuz etimadı və inamı ilə bilavasitə bağlıdır. Bu gün cənab İlham Əliyev ümumxalq məhəbbəti qazanmış Liderdir.
Səbail seçiciləri, ümumiyyətlə Azərbaycan xalqı çoxdan öz seçimini edib. Bizim ən böyük məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır. Əminik ki, qədirbilən xalqımız partiyamızın Lideri və vahid namizədi cənab İlham Əliyevə növbəti prezidentlik dövrü üçün mandat verəcək və biz gələcək möhtəşəm uğurlarımıza məhz, möhtərəm Prezidentimizin rəhbərliyi ilə nail olacağıq. Azərbaycanı gələcəkdə böyük iqtisadi, siyasi uğurlar, yüksək rifah gözləyir. Biz bu gələcəyə yeni dövrün yeni Lideri ilə, İlham Əliyevlə gedirik! İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız geri qaytarılacaq və ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycan üzərində şanlı Azərbaycan bayrağı qürurla dalğalanacaqdır! Yaşasın Yeni Azərbaycan Partiyası və Onun vahid namizədi! Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Heydər Əliyev-İlham Əliyev siyasəti! Böyük qələbələrə doğru İLHAMLA İRƏLİ!!!
Görüşdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova Zaur Abbasın “Biz səni seçəcəyik” şerini səsləndirib.
Görüş yerlərdən seçicilər tərəfindən böyük alqışların müşayiəti ilə xalqımızın, müstəqil dövlətçiliyimizin, ümumxalq məhəbbəti qazanmış Yeni Azərbaycan Partiyasının Sədri və vahid namizədi cənab İlham Əliyevin ünvanına dəstək, inam və məhəbbət dolu şüarların səsləndirilməsi ilə yekunlaşdı və bir daha yekdilliklə ifadə olundu ki, Səbail rayonunda bütün seçicilərin, elm və təhsil işçilərinin, sadə vətəndaşların bu seçkilərdə yekdil seçimi Azərbaycanın və xalqımızın etibarlı, xoşbəxt gələcəyinin təminatçısı cənab İlham Əliyevdir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB