Həbs edilən iki alman İran qanunlarını pozduqlarını etiraf edib

Həbs edilən iki alman İran qanunlarını pozduqlarını etiraf edib

İranın dövlət televiziyası baş prokuror Qulam Hüseyn Mohseni Ecehiyə istinadən bildirib ki, həbs edilən iki alman daşqalaq edilmə cəzasına məhkum olunan qadın haqda məlumat toplamaqla İran qanunlarını pozduqlarını etiraf edib.

SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, həmin şəxslərin jurnalist iddialarının yalan olduğu bildirilib. Egehi bundan əlavə almanların İranın xaricdəki düşmən elementləri ilə əlaqəsi olduğunu deyib. Almaniya vətəndaşı olan bu iki şəxs daşqalaq hökmü altında olan Səkinə Aştiyaninin oğlundan müsahibə almaq istəyirdi.

Aştiyaninin edam hökmü dünya ictimaiyyətinin qəzəbinə səbəb olub. İran isə Qərb mediasını onun işini siyasiləşdirməkdə günahlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə