Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçinin seçilməsi üçün müsabiqə elan edilib
Təhsil Nazirliyi ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçinin seçilməsi üçün müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məsləhətçi mövcud keyfiyyət təminatı aparatının imkanlarının ilkin qiymətləndirməsinin həyata keçirilməsinə kömək edəcək, Azərbaycanda keyfiyyət təminatın sisteminin qurulması işini inkişaf etdirmək üçün lazım olan vəsaitlərə və imkanlara dair tələbatları müəyyən edəcək.
O, həm də qurulacaq keyfiyyət təminatı sisteminin tətbiq edilməsinin əsas sahələrində, habelə hökumətin və universitetlərin rəsmi nümayəndələrinin bu cür sistemin qurulması sahəsində ən vacib hesab etdikləri məsələlərdə həmin nümayəndələrin səy göstərmələrini xahiş edəcək və onları buna həvəsləndirəcək.
Müsabiqədə iştirak edəcək mütəxəssislər universitetdə qazanılmış qabaqcıl və müvafiq elmi dərəcəyə, ali təhsil sahəsində iş təcrübəsinə, ali təhsilin keyfiyyətinin təmin edilməsi əməliyyatlarının planlaşdırılması və hazırlanması sahəsində təcrübəyə və bolonya əməliyyatını dərindən dərk etmək şərtilə, keyfiyyətin təmin edilməsi sahəsində iş təcrübəsinə malik olmadır. Bundan əlavə, onun ali təhsil haqqında əsərləri nəşr edilmiş olmalı, yazılı və şifahi ingilis dilini səlis bilməlidir.
Namizədlər oktyabrın 28-dək ərizə və Tərcümeyi-halı (CV) Təhsil Nazirliyinə təqdim etməlidir (Bakı şəhəri, Xətai prospekti, 49, Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: [email protected]).

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB