Politoloq: “Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi”
“Rusiya prezidenti Vladimir Putin Ankaradadır. Rusiya prezidenti Türkiyəyə Suriyadan getdi. Bu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan üçün sürpriz idi”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi: “Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Tayyip Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə prezidentinin Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək.
Rusiya və Türkiyə Suriyada DAİŞ üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB