Tovuz çayında suyun səviyyəsi artıb

Tovuz çayında suyun səviyyəsi artıb

Son günlər yağan yağışlar Tovuz çayının səviyyəsinin artmasına səbəb olub. Bu barədə SİA-nın bölgə müxbirinə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mayıl Qasımov məlumat verib. Onun sözlərinə görə, suyun səviyyəsinin qalxması ətraf kəndlərə heç bir təhlükə yaratmır.

 

"Arada çayda suyun səviyyəsi enmişdi. Ancaq yağan yağışlardan sonra çayda sululuq artıb. Ancaq hələlik ətraf kəndlərə eləcə də, yaxınlıqdakı əkin sahələrinə heç bir təhlükə yaranmayıb", - deyə M. Qasımov əlavə edib.

Qeyd edək ki, artıq önləyici tədbirlərin görülməsinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə