Ermənilər 100 milyonluq hərbi kreditin səmərəsinə inanmırlar ANALİTİK

Ermənilər 100 milyonluq hərbi kreditin səmərəsinə inanmırlar ANALİTİK

Eduard Abraamyan: “Bu, amil yalnız bizim xeyrimizə deyil...”

Məlum olduğu kimi, oktyabrın 12-də Ermənistan hökuməti Rusiyadan hərbi kredit vasitəsilə 100 milyon dollarlıq hərbi texnika və sursat alması barədə əldə olunmuş razılaşma layihəsini təsdiq edib. Belə ki, işğalçı ölkə sözügedən krediti 2018-2022-ci illərd ərzində reailzə edəcək.

Lakin hazırda bu məsələ ətrafında təhlil aparan bir sıra erməni siyasi analitikləri və hərbi ekspertləri düşünmürlər ki, Ermənistana ayrılmış hərbi kredit bu ölkənin hərbi gücünə ciddi və müsbət təsirlər göstərəcək. Çünki Rusiya Azərbaycanla da hərbi-texniki müqavilələr imzalayaraq, daha böyük məbləğlərdə layihələr reallaşdırır. Bu baxımdan, ermənilər məhz həmin amilə diqqət yetirərək, Rusiyanı hədəfə alaraq, əslində həmin kredit vasitəsi ilə Ermənistanı susmağa məcbur edir.

Erməni siyasi analitiki hesab edir ki, Rusiyanın 100 milyonluq hərbi krediti Ermənistana birmənalı dəstək hesab oluna bilməz

Bu arada ABŞ-ın Laster universitetinin strateji araşdırmalar və təhlükəsizlik univertsitetinin elmi işçisi, Vaşinqtonun Mərkəzi Asiyada və Qafqazda regional təhlükəsizlik instirunun analitiki Eduard Abraamyan Rusiyanın Ermənistana 100 minyonluq silah krediti ayırmasına münasibət bildirib. SİA xəbər verir ki, 1in.am saytına açıqlama verən erməni analitikinə görə, yaxın vaxtlarda Azərbaycan da hərbi texnika və sursatlar almaq üçün Rusiya ilə yeni iş birliyinə imza atacaq. Ekpert Rusiyanın Ermənistana kredit ayırmasını bu cür qiymətləndirib. “Biz nəticə olaraq, silahlanma rəqabətinə qoşulmuşuq və bu amil yalnız bizim xeyrimizə deyil”-deyə qeyd edən E.Abraamyana görə, bu Ermənistanın müttəfiqlərinin cəmləşdiyi KTMT-nin və hətta Azərbaycanın da Rusiya ilə növbəti iş birliyi qurmalarına səbəb olacaq.

Beləliklə, erməni siyasi analitiki hesab edir ki, Rusiyanın 100 milyonluq hərbi krediti Ermənistana birmənalı dəstək hesab oluna bilməz. Abraamyana görə, Rusiya tərəfi ikili standartlardan çıxış edir. SİTAT: “Rusiya ABŞ-dan Ukraynaya silah göndərilməsinin əleyhinə çıxış edir və bunu vəziyyətin destabilizasiyaya səbəb olduğunu bəyan edir. Burada sual yaranır: bəs Eusiya Azərbaycanı 5 milyardlıq silahla təchiz edirsə, bu addımın özü destabilizasiya sayılmırmı? Düşünürəm ki, Moskva ikili standartlar tətbiq etməkdədir”.

Hətta saziş imzalandıqdan sonra belə, Rusiya ermənilərin ittihamlarından qurtula bilmir

Erməni analitiki Rusiyanın KTMT üzvü olması ilə yanaşı, Qarabaq münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğunu xatırlatmaqla yanaşı, digər bir amilə də toxunub. O, 1992-ci ildə Qarabağ münaqişəsi zonasını hərbi texnika və sursatlarla təchiz edilməsinə embarqonun qoyulduğunu xatırladaraq deyib ki, Rusiya buna məhəl qoymayaraq, öz hərbi sənaye kompleksini “yedirtməklə” məşğuldur.

Abraamyan iddia edir ki, bununla Rusiya digər ölkələrin d' Azərbaycana silah və hərbi texnika göndərmələrinə yaşıq işıq yandırmış olur.

Rusiya Ermənistanı yalnız tırtıllı texnika ilə təmin edəcək?

Yeri gəlmişkən, ermənilər Rusiyadan hansı növ hərbi texnikanın əldə edilməsinə də toxunaraq qeyd ediblər ki, əslində, Ermənistan ordusunda güclü artilleriya sistemləri yoxdur. E.Abraamyan digər hərbi analitik Leonid Nersisyanın bu fikri ilə razı olduğunu deyərək bildirib ki, bəlkə sözügedən problem həll oluna bilər, ancaq o əmin deyil və ümumiyyətlə, inanmır ki, Rusiya Ermənistana özüyeriyən “Mcta-C” özüyeriyən qaubitsalar versin. Analitik uzağı Rusiyanın Ermənistana tırtıllı hərbi texnika verə biləcəyini hesab edir.

Bununla bir daha sübut olunur ki, Rusiyanın Ermənistana hərbi kredit verməsi erməni “beyin mərkəzlərinin” də iddia etdiyi kimi, ölkənin hərbi potensialına ciddi təsirlər göstərməyəcək. Ən azından, Azərbaycanın Silahlı Qüvvələri ilə müqaiyəsədə və ölkəmizin son illərdə əldə etdiyi silahlar baxımından, işğalçı ölkənin hərbi-texniki vəziyyəti kifayət qədər aşağı və zəifdir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə