Bu gün hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimetmə mərasimi "Viral Hepatit Savaş Dərnəyi"nin (VHSD) "Lider Qadınlar" İctimai Birliyinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Viral Hepatit Savaş Dərnəyi"nin sədri Prof. Dr. İsmail Balık, layihənin koordinatoru Rəqsanə Cəlilova, Jurnalist Qadınlar Assosiasiyasının (JQA) prezidenti Sevil Yusifova və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru R.Cəlilova ilk növbədə layihə haqqında məlumat verib. O bildirib ki, layihənin yaranma tarixi cari ilin aprel ayında VHSD-nin İtaliyda keçirilən konfransı zamanı ərsəyə gəlib. Onun sözlərinə görə, konfrans zamanı sözü gedən dərnəyin hepatit avtobusu ilə bağlı məlumat aldıqdan sonra onların yerlərdə həyata keçirdiyi pulsuz müayinələrin Azərbaycan da da təşkil olunması ilə bağlı fikir irəli sürüb. O vurğulayıb ki, layihənin ölkəmizdə keçirilməsi ilə bağlı təklif dərnəyin rəhbəri İsmail Balık tərəfindən müsbət qarşılandıqdan sonra layihəyə start verilib.
Kampaniyanın paytaxt və region sakinləri üçün nəzərdə tutulduğunu dilə gətirən koordinator müayinələrin pulsuz aparılacağını deyib. O bildirib ki, ilk növbədə müayinələr bu gündən etibarın Bakının Xəzər rayonunda Əzizbəyov metrosunun yaxınlığında, daha sonra isə digər rayonlarda aparılacaq. Müayinələrin oktyabrın 20-dək aparılacağını söyləyən R.Cəlilova oktyabrın 10-a qədər paytaxt ərazisində, daha sonra Lənkəran, Masallı, Lerik, Gəncə və digər bölgələrdə də aparılacağını əlavə edib.
Daha sonra söz VHSD sədri İsmayıl Balıka verilib. Bakıya 4-cü dəfə gəldiyini deyən professor bu dəfəki səfərin Səhiyyə Nazirliyinin dəvəti əsasında baş tutduğunu vurğulayıb. Daha sonra müayinələr haqqında danışan İ.Balık bildirib ki, müayinələr hepatit avtbusunda yerləşdirilən xüsusi loborotoriya vasitəsilə aparılacaq. Çıxışı zamanı Dərnəyin fəaliyyəti haqqında da məlumat verən İ.Balık bildirib ki, dərnəyin yaranmasında məqsəd dünyada 12 nəfərdən birində rast gələn bu xəstəliyin qarşısını almaq və insanların buna dair maarifləndirməkdir: "Bu rəqəmlər dünyanın ümumi rəqəmləridir. Amma ayrı-ayrı yerlərdə bu daha çoxdur. Belə ki, Türkiyədə elə yerlər var ki, orada hər 7 nəfərdən biri bu xəstəlik daşıyıcısıdır. Xəstəlik nə qədər tez müayinə olunub aşkara çıxarsa, o zaman ondan tam, fəsadsız azad olmaq mümükündür. Amma bu xəstəliyin uzadılması ölümə gətirib çıxarır. Məhz buna görə də bizim məqsədimiz yerlərdə müayinələr aparmaq, xəsətlik daşıyıcalarına yardım etməkdir. Bir il müddətində Türkiyənin bir çox yerlərini gəzib insanları müayinə etmişik".
Tədbirin davımında çıxış edən JQA sədri Sevil Yusifova belə bir təşəbbüsün təqdirə layiq olduğunu dilə gətirib. O bildirib ki, bu tip müayinələrin keçirilməsi sosial vəziyyəti aşağı olan, maddi vəziyyəti ucbatından həkimə müraciət edə bilməyən insanlar üçün böyük yardımdır. O bildirib ki, hepatit avtobusu vasitəsilə, həmin insanlar həm yüksək səviyyəli loborotiyada, həm də pulsuz müayinə olunacaqlar. O həmçinin bildirib ki, müayinələr zamanı belə bir xəstəlik daşıyıcıları aşkar olunarsa onlar Ankara Tibb Mərkəzində müalicə ala biləcəklər.
Qeyd edək ki, Türkiyədən gələn səyyar laboratoriya bütün texniki avadanlıqlarla təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB