Mərkəzi Seçki Komissiyası səlahiyyətli nümayəndələrin qeydiyyatı məsələsinə baxıb

Mərkəzi Seçki Komissiyası səlahiyyətli nümayəndələrin qeydiyyatı məsələsinə baxıb

Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, islasda ilk olaraq MSK-nın 27 sentyabr 2010-cu il tarixli iclas protokolu təsdiq edilib.

 

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) MSK-ya təyin etdiyi məşvərətçi səs hüquqlu üzvün təsdiq edilməsi məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov YAP-ın Nəbi Hümbət oğlu Xəlilovu bu vəzifəyə təyin etdiyini və onun qeydə alınması üçün müvafiq sənədləri Komissiyaya göndərdiyini bildirib. Komissiya üzvlərinin səsverməsindən sonra N.Xəlilov YAP-ın məşvərətçi səs hüquqlu üzvü olaraq təsdiq edilib.

 

İclasda səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə də baxılıb. N.Məmmədov "İslahat" siyasi partiyalar blokunun 6 nəfər səlahiyyəli nümayəndə, "AXCP-Müsavat" siyasi partiyalar blokunun 27 nəfər səlahiyyətli nümayəndə, 20 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, "Qarabağ" siyasi partiyalar blokunun 1 nəfər səalhiyyəli nümayəndə təyin etdiyini deyib. Səlahiyyətli nümayəndələrin qeydə alınması üçün əsasların olduğunu söyləyən MSK katibi onların qeydə alınmasını təklif edib. Səlahiyyətli nümayəndələr Komissiya üzvləri tərəfindən təsdiq edilib.

 

İclada parlament seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, eyni zamanda seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılması haqqında qaydalar müzakirə edilib. N.Məmmədov qeyd edib ki, bülletenlərin sayı ölkə üzrə qeydə alınmış seçicilərin sayından 3 faiz çox olacaq. Hər iki məsələ ilə bağlı qaydalar təsdiq olunub.

 

MSK-nın iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə