Qərb bölgəsində xüsusi istedadı olan əlillərin zona müsabiqəsi keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə ölkənin qərb bölgəsində xüsusi istedadı olan əlillərin zona müsabiqəsi keçiriləcək. Bu barədə SİA-nın bölgə müxbirinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 8 saylı zona şöbəsinin rəisi Valeh Qədimov məlumat verib.
Onun sözlərinə görə, müsabiqədə fərqlənən iştirakçılar Əlillərin V Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində iştirak etmək imkanı qazanacaq. "Artıq bölgə üzrə 40-dan artıq iştirakçının ərizəsi daxil olub. Belə tədbirlərin təşkili əlillərin sosial müdafisəsinin güclənldirilməsi məqsədi daşıyır", deyə V.Qədimov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB