Naxçıvanda keçirilən taktiki təlimin döyüş atışlı mərhələsi başlayır VİDEO

Naxçıvanda keçirilən taktiki təlimin döyüş atışlı mərhələsi başlayır VİDEO

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda keçirilən birgə taktiki təliminin döyüş atışlı mərhələsi başlayır. SİA-nın naxcivantv.az saytına istinadən xəbərinə görə, təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri cəlb edilib.

Təlim mərhələlərinə uyğun olaraq idarəetmə orqanlarının əməliyyat heyəti səhra şəraitində açılmış komanda məntəqələrindən tabelikdə olan bölmələrin idarə edilməsini, döyüşün planlaşdırılmasını, qarşılıqlı əlaqənin təşkilini, avtomatlaşdırılmış idarəetmə sistemlərinin yoxlanılması və işə hazırlanması üzrə tədbirləri həyata keçirib.
Sabahdan təlimin döyüş atışlı mərhələsi başlayacaq.

Nəriman Nəcəfov

NTV Xəbər

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə