Azər Badamov: “Sarkisyanın özü də başa düşür ki, status-vonun saxlanılması qəbul edilməzdir və uzun müddətli ola bilməz” MÜSAHİBƏ
Milli Məclisin üzvü Azər Badamovun SİA-ya müsahibəsi
- Azər müəllim, aprelin 27-də Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri ola bilər?
- Biz istəyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh danışıqlar yolu ilə həll olunsun. İstəmirik ki, əlavə qanlar axıdılsın. Ona görə də münaqişənin həll olunması istiqamətində danışıqlar davam etdirilməlidir. Düşünürəm ki, hər bir danışığın müəyyən qədər əhəmiyyəti vardır. Görüşdə müəyyən məsələlər müzakirə olunur, kompromis yollar haqqında fikir mübadiləsi aparılır. Ən azından danışığın aparılmasına razılıq münaqişənin həllində tərəflərin istəklərinin olmasının əlamətidir.
- Sizcə bu günə qədər münaqişənin sülh yolu ilə həlli ilə bağlı masa arxasında oturmaqdan yayınan Sarkisyan rejimi nə baş verdi ki, 27 aprel görüşünə razılıq verdi?
- Münaqişənin sülh yolu ilə həll edilməsi ilə bağlı masa arxasında oturmaqdan yayınmasında Sarkisyanın məqsədi mövcud status-kvonun mümkün qədər uzatmaq istəyidir. Sarkisyanın özü də başa düşür ki, status-kvonun saxlanılması qəbul edilməzdir və uzun müddətli ola bilməz. Çünki, Azərbaycan heç vaxt işğalla razılaşmayacaq .Son günlər Azərbaycan Milli Ordusunun geniş miqyaslı hərbi təlimlərin keçirməsi müharibənin yaxınlaşdığını göstərir. Sarkisyan bilir ki, yenidən müharibə alovlansa Azərbaycan ordusu hərbi potensialından geniş istifadə edəcək və düşmənə qarşı amansız olacaqdır. Düşünürəm ki, ona görə də Sarkisyan rejimi danışıqlara razılıq veribdir.
- Xarici İşlər nazirlərinin görüşü prezidentlərin görüşünə bir vasitə ola biləcəkmi?
- Təbii ki, xarici işlər nazirləri ümumi məsələləri müzakirə edir, prezidentlərin görüşü üçün müəyyən məsələlər razılaşdırılır. Amma son sözü isə prezidentlər deyir. Düşünürəm ki, prezidentlərin görüşləri mütləqdir. Tərəflər görüşdən və münaqişənin prezidentlər səviyyəsində müzakirələrdən imtina etsələr müharibə qaçılmazdır. Ermənistan isə Azərbaycanla müharibə aparmaq gücündə deyil . Ona görə də prezidentlər görüşməli və görüşdə münaqişənin həlli istiqamətində müəyyən qədər irəliləyiş olmalıdır. Çünki cənab prezident deyib ki, biz görüş xatirinə görüşmək istəmirik.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB