Tramp ABŞ-ın Azərbaycana maliyyə yardımını dayandıracaq?

Prezident Donald Trampın ABŞ-ın maraqlarını müdafiə etmək vədi inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının kəskin azaldılması və ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi ilə birləşməsi planında əksini tapıb. Bu barədə məlumatı daxili büdcə sənədi və başqa mənbələr təsdiq edir.

D.Tramp administrasiyasının bu ilin martında açıqlanmış büdcə təklifində inkişaf etməkdə olan ölkələrə yardımın təxminən 33 faiz azaldılması nəzərdə tutulurdu, amma təfərrüat açıqlanmırdı. "Foreign Policy" nəşri tərəfindən əldə edilmiş Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədinə görə, həmin plan inkişaf məqsədi ilə maliyyə yardımının ölkənin milli təhlükəsizliyi ilə sıx bağlı olan proqramla əvəzlənməsini nəzərdə tutur.

Sənəddə D.Tramp administrasiyasının bilavasitə xarici yardımın azaldılması üzrə planlarının 2018-ci maliyyə ilində necə həyata keçiriləcəyi ətraflı təsvir edilir.

Beləliklə, regionun dörd ölkəsi – Azərbaycan, Qazaxıstan, Belarus və Türkmənistan üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirməsi tamamilə ləğv edilir. Azərbaycan üçün maliyyələşdirmə ildə 7,7 milyon dollar təşkil edirdi. Ermənistan üçün təklif edilən büdcə 77 faiz kəsilib, yəni azaldılaraq ildə 17,6 milyon dollardan 4 milyon dollara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...